“Memarın sadə izahı” bloquma xoş gəlmisiniz
Adı mahiyyətini ifadə edir: “Memarın sadə izahı” memarlıq və tikinti dünyasını ana dilimizdə sadə, aydın və anlaşıqlı şəkildə izah edən bir resursdur.
Mən, Daşdəmir Bayramov - Memar | Dizayner və ACI - bu bloqda öz təcrübəmi, araşdırmalarımı və fikirlərimi sizinlə paylaşıram.
Burada həm tikinti və ya təmir etmək istəyən vətəndaşlar, həm sahənin peşəkar mütəxəssisləri, həm də memarlıq və tikinti sahəsini yeni öyrənən tələbələr üçün faydalı və praktik məlumatlar tapa bilərsiniz.
İnanıram ki, bilik paylaşıldıqca daha dəyərli olur. Məqsədim memarlıq və tikinti haqqında doğru və faydalı məlumatları hər kəs üçün daha sadə və anlaşıqlı şəkildə təqdim etməkdir.
Birlikdə
Bu platforma yalnız mənim danışdığım bir məkan deyil. Burada suallar, fikirlər, təcrübələr və yeni ideyalar üzərində birlikdə düşünmək, öyrənmək və yaratmaq istəyirəm.
Sualınız, təklifiniz və ya paylaşmaq istədiyiniz bir fikriniz varsa, mənimlə əlaqə saxlaya bilərsiniz.
Çünki yaxşı nəticə yalnız yaxşı alətlərlə deyil, düzgün düşüncə ilə başlayır.
“Daş və dəmir çərçivədir, mənsə mənzərəni inşa edirəm.”
0 Yorumlar